"Prezident bundan sonra da sülhə və əməkdaşlığa öz töhfəsini verəcək" MÜNASİBƏT
"Bütün bunlar hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Bu qərar ölkə başçısının istər regional, istərsə də beynəlxalq məkanda həyata keçirdiyi uğurlu siyasətə verilən layiqli qiymətdir. Prezident İlham Əliyevin liderlik keyfiyyətləri bütün zaman ərzində geniş miqyasda sübuta yetirilib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatı məkanında "İlin dövlət başçısı" seçilməsinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısı türk dünyasının önəmli təşəbbüslərində, müxtəlif siyasi maraqların koordinasiya edilməsində xüsusi rol oynayıb: "Prezident İlham Əliyev islam aləmi üçün hər zaman dəyərli, uğurlu işlərə imza atıb. Digər tərəfdən isə qabaqcıl ölkənin modelini yaradıb. Azərbaycanda islam inancına dayanan insanlar çoxluq təşkil etsələr də, digər dini inancların nümayəndələri öz fikirlərini azad şəkildə irəli sürürlər".
Zahid Oruc əlavə edib ki, bu qərarın nəticələri açıqlanmazdan əvvəl təbii ki, göstəricilər tək müsəlman aləmi üçün deyil, eləcə də bir sıra vacib şərtlər nəzədə alınıb: "Cənab prezident bundan sonra da dünyada barışa, sülhə və əməkdaşlığa öz töhfəsini verəcək".
Qeyd edək ki, dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı məkanında "İlin dövlət başçısı" seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB