"Ermənistandakı terrorçu hakimiyyət belə çox hadisələr törədib" MÜNASİBƏT
"Moldova ombudsmanı Aureliya Qriqoriunun Xocalı soyqırımının törədilməsində ermənilərin məsuliyyət daşıdığı barədə Ermənistan parlamentində səsləndirdiyi çıxışa görə təhdid olunması terrorçulardan ibarət hökumətin iç üzünü bir daha ortaya qoydu. Ombudsmanın çıxışı tam həqiqətə uyğundur". SİA-nın məlumatına görə, bunu açıqlamasında millət vəkili Fuad Muradov deyib.
F.Muradov bildirib ki, Ermənistan hakimiyyəti terrorçulardan ibarət olduğu üçün onlar moldovalı qadına hər an təcavüz edə bilərdilər. Onun sözlərinə görə, hətta ona böhtanlar atılması da mümkündür: "Ermənistandakı terrorçu hakimiyyət yaxın tarixdə belə bir çox hadisələr törədib. Buna əl atmaq onlar üçün problem deyil. Aureliya Qriqoriunun həyatı təhlükə altındadır. Beynəlxalq təşkilatlar tez bir zamanda bu biabırçı faktla bağlı münasibətini bildirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB