Azərbaycan və Ukrayna nazirləri görüşdü

Azərbaycan və Ukrayna nazirləri görüşdü

Bu gün Xarici İşlər Nazirliyində (XİN) ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Azərbaycana səfəri çərçivəsində Xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə mətbuat konfransı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, hazırda hər iki ölkənin xarici işlər nazirlərinin təkbətək görüşü keçirilir.

Qeyd edək ki, nazir Leonid Kojaranın Azərbaycana rəsmi səfəri 7-8 iyul 2013-cü il tarixlərini əhatə edir.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə