Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir
Avronest Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-9 iyul 2013-cü il tarixlərində Azərbaycanda səfərdədir. SİA-nın məlumatına görə, Azərbaycana səfəri zamanı Avropa Parlamentinin deputatlarının Azərbaycan Prezidenti Administrasiyasında, Xarici İşlər Nazirliyində, Sənaye və Energetika Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qəbulda olmaları nəzərdə tutulub. Nümayəndə heyətinin üzvlərinin Qaradağ rayonunun Müşviqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yaradılmış şəraitlə tanışlıq səfəri və helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə baxış keçirmələri gözlənilir.
Avropa Parlamentinin deputatlarının ölkəmizə səfəri onlar tərəfindən Azərbaycanın problemləri ilə yaxından tanış olmalarına və ölkəmizə davamlı siyasi dəstək vermələrinə xidmət edəcək.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində təmsil olunurlar:
- cənab Mario DAVID (Portuqaliya)
- xanım Rəşida DATI (Fransa)
- cənab Filip KAÇMAREK (Polşa)
- xanım Elena ANTONESKU (Rumıniya)
- cənab Jorge MORGADO (Portuqaliya) – keçmiş deputat.
Nümayəndə heyətini Belçika federal parlamentinin deputatı cənab Alain Desteks müşayət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB