“Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri” FOTOLAR
Bu gün Bakıda Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) "Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirir. SİA-nın xəbərinə görə, SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan konfransda 8 ölkədən 40-a yaxın ekspert iştirak edir. Konfrans Bakıda, Qəbələdə və yekun olaraq Gürcüstanda keçiriləcək.
Daha sonra çıxış edən Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov qeyd edib ki, Cənubi Qafqaz 20 ildən çoxdur separatizmin qurbanıdır: "Ermənistanın işğalçı siyasətinin nəticəsi olaraq Azərbaycan, Gürcüstan və Ermənistan bütün resurslardan məhrum olublar. Ermənistanın bu işğalçı siyasətini davam etdirməsi regionda böyük gərginlik yaradır. Azərbaycan və Gürcüstan bu cür işğalçı siyasətin qurbanıdır. Bu gün Ermənistanın iqtisadi vəziyyəti ondan səciyyələnir ki, ildə 3 mindən çox vətəndaş bu ölkəni tərk edir. Azərbaycanda müharibə nəticəsində 1 milyona yaxın vətəndaş qaçqın və məcburi köçkün statusu altında yaşayır. Amma Ermənistanda mövcud vəziyyətin kəskin formada pisləşməsi nəticəsində qaçqın və məcburi köçkünlərin sayı 1.5 milyondan çoxdur. Belə olduğu təqdirdə ölkə tutduğu mövqedən əl çəkmir, iflasa doğru gedir. Moldova Ombudsmanının Ermənistanda Xocalı soyqırımı haqqında səsləndirdiyi fikirlərə görə qarşılaşdığı çətinliklər bir daha bunu göstərir ki, bu ölkə öz daxilində separatizm siyasətindən və çirkin əməllərindən istifadə edir. Hətta sadə vətəndaşa bəslədiyi çirkin münasibəti xarici ölkə diplomatına qarşı da tətbiq edir".
4 paneldən ibarət olan konfransın davamında "Regional münaqişələrin tarixi zəminləri", "Regional münaqişələrdə təhlükəsizlik və geosiyasət məqamları", "Regional münaqişələrin dinamikasında etnik və dini amillər" və "Regional münaqişələrin iqdisadiyyatı" mövzuları ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, konfrans 3 gün davam edəcək.



.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB