ATƏT-in sədri Azərbaycana gəlib

ATƏT-in sədri Azərbaycana gəlib

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycana gəlib. SİA-nın məlumatına görə, L. Kojara bu gün rəsmi görüşlər keçirəcək.

Səfər zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, L. Kojara Azərbaycandan sonra Ermənistana səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə