Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" interaktiv oyunlar həyəcanı ilə davam edir. SİA-nın xəbərinə görə, gənclər asudə vaxtda dincəldikdən sonra YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilə görüşüblər.
Gənclərə tapşırıq və tövsiyyələrini verən millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasətini bugünkü gənclər çox ləyaqətlə davam etdirir: " YAP Gənclər Birliyinin hər bir üzvü ona hansı sahədə etimad göstərilsə, bunun öhdəsindən gəlir. Gənclər öz gələcəklərini YAP-da görürlər, ona görə də bu partiyaya böyük axın var. Mən bununla qürur duyuram".
Əvvəlcədən "İlhamla İrəli", "Güclü Lider", "Qələbə" qruplarına bölünən gənclər "Bax, Düşün, Topla" interaktiv oyunun həyacanını yaşayıblar. Yarış zamanı "Qələbə" komandası yüksək əzmkarlıq göstərərək günün ən güclüsü olmağı bacarıb.
"Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" II Oğuz turunun iştirakçıları günü əylənərək başa vurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB