"Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin iştirakçılarının YOL TƏƏSSÜRATLARI

YAP Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin iştirakçılarının yol təəssüratları:

YAP GB Xəzər rayon təşkilatının sədri Taleh Məmmədov:

Yeni Azərbaycan Partiyasının ən möhtəşəm və uğurlu layihələrindən biri olan "Yay məktəbi" bütün fəal gəncləri bir araya toplamaqla yanaşı, həm də onlara yeni tanışlıq, təcrübə imkanıdır. Biz gənclərin ən öndə olan məqsədi Ulu Öndər Heydər Əliyevin ərmağan qoyduğu YAP və Ümummilli Liderin layiqli davamçısı olan İlham Əliyev ətrafında sıx birləşməkdən ibarətdir.

YAP GB ofisinin əməkdaşı Elməddin Əmirov:

Hə il ənənəvi olaraq keçirilən "Yay məktəbi" layihəsi yaradıcı gənclərin öz istedadlarını ictimaiyyətə təqdim etmək üçün ən geniş məkandır. Gənclərə yaradılan bu şərait üçün partiya rəhbərliyinə təşəkkür edirəm.

YAP GB ofisinin əməkdaşı Leyla Kərimova:

YAP-ın təşkil etdiyi "Yay məktəbi" gənclər üçün təcrübə məktəbidir. 2006-cı ildən başlanan bu məktəblərin məqsədi intellektual gəncləri bir yerə toplamaq, region və şəhər gənclərinin əməkdaşlığını genişləndirməkdir. Hər il olduğu kimi, bu il də start götürən "Yay məktəbi"nin birinci mərhələsi başa çatıb. Ümid edirəm ki, bu turumuz da uğurla başa çatacaq.

YAP Nizami rayon GB-nin idarə heyətinin üzvü Namiq Muradov:

Belə möhtəşəm bir layihədə iştirak etdiyim üçün özümü şanslı hesab edirəm. Bütün YAP rəhbərliyinə belə layihəni təşkil etdiyinə görə təşəkkürümü bildirirəm. Biz tur çərçivəsində həm səmərəli istirahət, həm də maraqlı layihələrdə iştirak etməklə siyasi bilik və bacarıqlarımızı daha da təkmilləşdirəcəyik.

YAP Qaradağ rayon GB-nin sədr müavini Şahmar Hüseynov:

YAP-ın təşkil etdiyi "Yay məktəb"ləri mənə yeni dostlar, tanışlar qazandırdı. Layihə yekunlaşandan sonra bu layihədə iştirak edən gənclərin bir-biriləri ilə ünsiyyət saxlaması ümumilikdə YAP GB-nin fəaliyyətinə böyük töhfə verir.

YAP Neftçala rayon GB-nin əməkdaşı Azad Həmzəyev:

"Yay məktəb"ləri region gənclərinin şəhər gəncləri ilə əməkdaşlığına böyük töhfə verir. Eyni zamanda layihədə iştirak etməklə yeni biliklər əldə edirik. Layihənin təşkilinə görə Neftçala gəncləri adından partiyamızın rəhbərliyinə təşəkkürümü bildirirəm.

Digər gənclər də layihənin təşkilinə görə YAP rəhbərliyinə təşəkkürünü bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə