Şəmsəddin Hacıyev: “Azərbaycana İlham Əliyev səviyyəsində rəhbərlik edən ikinci bir siyasətçi ola bilməz” AÇIQLAMA
"İnanmıram ki, "Milli Şura" seçki kampaniyasında sonadək tab gətirsin". Bunu SİA-ya millət vəkili Şəmsəddin Hacıyev "Milli Şura" daxilində baş verən intriqalara münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, artıq şura daxilində fikir ayrılığı indidən mövcuddur: "Bu gün müxalifətin heç bir strategiyası, konsepsiyası yoxdur. Onların idarəçilik təcrübəsi hamımıza bəllidir. Həmin şəxslərin hakimiyyətdə olduqları dövrdə bunu artıq Azərbaycan xalqı görüb. İkinci dəfə xalqı aldatmaq qeyri-mümkündür. Yeni Azərbaycan Partiyasının (YAP) namizədinə gəlincə deyə bilərəm ki, bizim namizəd nəinki bölgədə, bəlkə də Avropada alternativi olmayan bir siyasətçidir. Belə bir siyasətçinin yenidən prezident seçkilərində qalib gəlməsi heç bir şübhə doğura bilməz. Bu şəxs bütün bizi istəyən və istəməyən qüvvələrin qəbul etdiyi bir şəxsdir. Müxalifət özü də dərk edir ki, Azərbaycana İlham Əliyev səviyyəsində rəhbərlik edən ikinci bir siyasətçi ola bilməz. Ötən 10 il ərzində Azərbaycanda nələr baş verdiyinə nəzər salsanız, bu uğurların kimin rəhbərliyi altında baş verdiyinə diqqət yetirsəniz, hərhalda, bütün dediklərimi daha əsaslı şəkildə müşahidə etmiş olarsınız".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB