"Azərbaycan dövlətinin Xorvatiya ilə gözəl əlaqələri var". Bunu SİA-ya millət vəkili Şəmsəddin Hacıyev deyib.
Millət vəkilinin sözlərinə görə, bu gün də bu əlaqələr çox yüksək səviyyədə davam etdirilir: "Xorvatiya bizə dost ölkədir və demək olar ki, bütün beynəlxalq təşkilatlarda bizim nümayəndə heyəti ilə birgə fəaliyyət göstərirlər. Bu, bizim üçün çox önəmlidir. Bildiyiniz kimi, Xorvatiya Avropa İttifaqına 28-ci üzv ölkə olaraq daxil oldu. Azərbaycan iqtisadi baxımdan artıq Avropanın enerji təhlükəsizliyində çox önəmli rol oynayan bir ölkəyə çevrilib. İnanıram ki, yeni layihələrin həyata keçirilməsində də bir tərəfdaş kimi Xorvatiya ilə münasibətlərimiz olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB