Ağstafada kanalizasiya sistemləri yenidənqurmadan sonra istifadəyə verildi
İlham Əliyev Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. SİA-nın məlumatına görə, rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Rayon sakini Qalib Cəfərov Ağstafanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırıb.
Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edilib ki, Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2010-cu ilin dekabrında başlanılıb. Layihənin potensialı Ağstafa şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərini əhatə edir. Hazırda tikintisi başa çatdırılmış su mənbəyinin potensialı 18 min şəhər və 22 min kənd əhalisinin suya olan tələbatını tam ödəyəcək. Bu da əlavə yaşayış məntəqələrinin sistemə qoşulmasına imkan verir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq edib.
Prezident İlham Əliyev Ağstafa şəhər çirkab suların təmizlənmə qurğusunun maketinə baxıb.
Sonra dövlət başçısı Ağstafaya suyun verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB