Prezidenti İlham Əliyev Qazaxda Ədəbiyyat Muzeyinin açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı Muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, Azərbaycanda muzey işinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli Sərəncamı milli mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılmasında mühüm keyfiyyət dəyişikliyinə təkan verib. Respublikamızda muzey şəbəkəsinin inkişafı və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş edir.
Qazax şəhərinin Heydər Əliyev prospektindəki muzeyin binası üçmərtəbəlidir. Binanın inşasına 2013-cü ilin avqustunda başlanılıb. Birinci mərtəbədə konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılıb. İkinci mərtəbə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır. Bu muzey Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 iyun tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış 5 milyon manat vəsait hesabına tikilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB