Prezident İlham Əliyev Xorvatiya parlamenti sədrini qəbul edib

Prezident İlham Əliyev Xorvatiya parlamenti sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyulun 5-də Xorvatiya parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, Xorvatiyanın Avropa İttifaqına üzv qəbul olunmasından məmnunluq ifadə edilib.

Ölkələrin bundan sonra həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq edəcəyi əminliklə qeyd olunub.

Xorvatiya parlamenti sədrinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə