Prezident İlham Əliyev Qazaxa gedib

Prezident İlham Əliyev Qazaxa gedib

Azərbaycan prezidenti İlham Əliyev Tovuza səfərini başa vuraraq Qazax rayonuna gəlib. SİA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov prezidentə məlumat verib ki, abidənin yerləşdiyi 4 hektarlıq parkın yenidən qurulmasına 2012-ci ildə başlanıb, ərazinin yarısında bərpa işləri həmin il başa çatdırılıb.

Qalan iki hektar sahə isə bu il abadlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə