Prezident Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibini qəbul edib

Prezident Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibini qəbul edib

Prezident İlham Əliyev Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klüyevi qəbul edib. SİA-nın məlumatına görə, Andrey Klüyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ukraynada çap olunmuş kitabı dövlətimizin başçısına təqdim edib. Azərbaycanın inkişafında və Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin möhkəmləndirilməsində Ulu Öndərin xidmətləri ehtiramla xatırlanıb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə