Gülsel Səfərova: "Prezident Mükafatı fərmanının imzalanmasını səbirsizliklə gözləyirdim"
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərovanın SƏS TV-yə müsahibəsi.
- İlk sualım ondan ibarətdir ki, cənab Prezident İlham Əliyevin Gənclərə Prezident Mükafatı fərmanının təsis edilməsinin özəlliklərini necə dəyərləndirirsiniz?
- Cənab Prezident İlham Əliyev bu günlərdə sözügedən fərmanın imzalaması ilə gənclərimizə olan diqqətini bir daha sübut etmiş oldu. Mənim üçün belə bir qərarın verilməsi xüsusi ilə əhəmiyyət kəsb edir. Çünki prezident mükafatının təsisi "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" proqramına daxil olub. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu zaman mən də təşkilatımız adından işci qrupumuzun üzvü idim. Onun hazırlanması prosesində şəxsən mən özüm də yaxından iştirak etdim. Prezident Mükafatı fərmanının cənab Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmasını səbirsizliklə gözləyirdim. Son illərə nəzər salsaq görərik ki, cənab prezidentimizin gənclərlə bağlı verdiyi qərar və fərmanlar onların inkişaf prosesini sürətləndirir. Əlbəttə, gənclər də bu sürətli inkişafın fərqinə varır, bu səbəbdən də onlar barədə imzalanacaq yeni fərman və qərarları səbirsizliklə gözləyirlər. Prezident Mükafatı Fərmanının imzalanmasında gəncləri sevindirən məqamlardan biri də, onun nəinki ictimai-siyasi həyatda aktiv olan gənclərə, eyni zamanda ölkəsinə töhfə verən yaradıcı, intelektual, gənclərə də şamil edilməsidir.
- Bildiyimiz kimi, Azərbaycan gənclərinə göstərilən diqqət və qayğı dünyanın heç bir ölkəsində mövcud deyil. Sizcə, Azərbaycan gəncliyi ona göstərilən diqqət və qayğı qarşısında onlara duyulan etimadı doğrulda bilirmi?
- Az öncə də qeyd etdiyim kimi, cənab prezidentin verdiyi qərarlar məhz gənclərin gələcək həyatlarının rifahının yaxşılaşması üçün nəzərdə tutulub. Bu kimi qərarlar onların gündən-günə qloballaşan dünya ilə uzlaşmasına təkan verir. Bildiyimiz kimi, Avropada inteqrasiya prosesi sürətlə inkişaf edir. Əlbəttə, gənclərimizin sürətlə gedən inkişaf rəqabətində öndə getməsi üçün intelektual səviyyələrinin, elmi savadlarının yüksək olması vacibdir. Mən çox şadam ki, cəmiyyətimizdə aktiv gəncər çoxluq təşkil edir. Onlar bu inteqrasiya prosesində rəqib ölkələri geridə qoymaq üçün səy göstərirlər. Cənab prezidentimizin onlara göstərdiyi diqqət və qayğıya biganə olmamaqla, onun etdimadını doğrultmağa çalışırlar. Gənclər çox gözəl dərk edirlər ki, onlara yaradılan imkanlar gələcək həyatlarına istiqamət göstərən yaşıl işıqdır.
- Siz cəmiyyətimizdə aktiv olan gənclər barədə geniş şərh verdiniz, bəs yaradılan imkanlara laqeyd yanaşan gənclər haqqında nə deyə bilərsiniz?
- Doğru qeyd etdiniz. Təəssüf ki, cəmiyyətimizdə aktiv gənclərlə yanaşı passiv, laqeyd gənclər də mövcuddur. Onlar gənclərə yaradılan geniş imkanların fərqinə varmaq istəməməklə yanaşı, onu düzgün dəyərləndirməyi də bacarmırlar. Bildiyimiz kimi, dövlət tərəfindən xarici ölkələrdə təhsil almaq istəyən gənclər üçün istənilən şərait yaradılıb. Buna baxmayaraq, passiv gənclər bu kimi imkanlara olduqca laqeyd yanaşırlar. Gələcək həyatlarına istiqamət göstərən yaşıl işığı öz əlləri ilə söndürülər. Biz belə halların qarşısını almaq üçün onları düşdükləri çuxurdan çıxarmağa çalışırıq. Bunun üçün əlimizdən gələni əsirgəmir, hər zaman bu kimi proqramları onlara aşılamağa çalışırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB