Ölkəmizdə hər seçki öncəsi müxalifətin birlik, təşkilatlanma, toparlanma kimi oyuncaq formatlarını cəmiyyətimiz dəfələrlə müşahidə edib. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Politoloq bildirib ki, "Milli Şura"da onlardan biri idi: "Məhz bu qondarma şuranı da, özlərini müxalifət düşərgəsində az qala qəhrəman kimi göstərməyə çalışanları seçkidən sonra günün işıqlı vaxtı çıraqla belə tapmaq mümkün olmayacaq. Çünki müasir Azərbaycan cəmiyyətində köhnə nomeklaturanın qalıqlarına heç vaxt yer olmayıb. Seçkidə də cəmiyyətimiz müxalifətə və onun tör-töküntülərinə növbəti dəfə layiq olduğu qiyməti verəcək. Bizlər də onların növbəti dəfə seçkidən sonra qeybə çəkilməsinə şahidlik edəcəyik. Bu gün isə hələlik seçkiyə müəyyən vaxt qalıb və müxalifət sözçüləri başqa qütblərin himayəsi ilə prosesə qoşulmaq müəyyən dividentlər əldə etmək iddiasındadır. 20 ildən artıqdır ki, müxalifətçilik edib guya aktiv siyasətlə məşğul olurlar öz aralarından bir nəfəri vahid namizəd kimi göstərib dəstək ola bilmirlər. Bu adamların şəxsi ambissiyaları buna imkan vermir. Ona görə də, kənardan legioner vahid namizəd gətirdilər ki, onun da müxalifətə üz-astarından baha gəldi. Kənarda müəyyən qütblərin diqtəsi ilə hələ seçkiyə qədər müddətdə Azərbaycana qarşı həqarətini, xalqımıza olan mövqeyi ilə ad çıxaran Rüstəm İbrahimbəyov indi müxalifətin vahid namizədi olur. Bu namizədi məhz belə mövqeyinə görə müxalifətin özü belə az qala topa tutmuşdu. Necə ola bilir ki, indi R.İbrahimbəyov mələk donunda təqdim olunur? Görünən odur ki, bir rejissorun əlində oyuncaq olan müxalifət sözçüləri kənardan alınmış bir göstərişin müqabilində belə susmalı olublar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB