Oqtay Əsədov Xorvatiyaya səfər edəcək

Oqtay Əsədov Xorvatiyaya səfər edəcək

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Xorvatiyaya səfər edəcək. SİA-nın məlumatına görə, Bakıda səfərdə olan Xorvatiya parlamentinin spikeri İosip Leko bu gün O. Əsədovla keçirdiyi görüşdə azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət edib. Dəvət Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən qəbul olunub.

Qeyd edək ki, görüş zamanı ikitərəfli münasibətlər, ticari əlaqələr, eyni zamanda Dağlıq Qarabağ məsələsi müzakirə edilib. Xorvatiya parlamentinin sədri bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını vurğulayıb, səfərin təşkilinə görə Azərbaycan Parlamentinin sədrinə təşşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə