"ATƏT-in ermənilərə ağıl qoyacaq gücü yoxdur" MÜNASİBƏT

"ATƏT-in ermənilərə ağıl qoyacaq gücü yoxdur" MÜNASİBƏT

"ATƏT çox zəif qurumdur. Buna görə də həmin qurumdan nəyisə gözləmək düzgün deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov ATƏT-in Minsk qrupunun tam tərkibdə çağırılması təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Minsk qrupu ATƏT-in qurumu olsa da, onlar dünyanın 3 aparıcı dövlətinin vasitəçiləridir: "Nə ABŞ, nə Rusiya, nə də Fransa ATƏT-in tövsiyəsinə fikirlər vermirlər. Buna görə ATƏT-in Minsk qrupundan nəyisə gözləmək əbəsdir. Biz vasitəçilik formatının hansı şəkildə səmərəli ola biləcəyini düşünməliyik. Kimlərsə öz imkanlarından istifadə edib, ermənilərə ağıl qoymaq istəyir, lakin ATƏT-in bunu etməyə gücü yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə