Qondarma "Milli şura"nın vahid namizəd məsələsi ilə bağlı məsələ gündəmə gətirilsə də problem həll edilmədi. Yəni müxalifət 20 illik "vahid namizəd" eyforiyasını sındıra bilmədi. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, politoloq Aydın Hüseynov deyib.
Politoloq bildirib ki, müxalifət düşərgəsində bu günə qədər heç bir halda Müsavat başqanı İsa Qəmbər güzəşt tanımayıb: "O hətta açıq şəkildə bildirib ki, sən Moskvadan gələcəksən, yoxsa namizədliyinin qeydə alınmasını gözləyəcəksən? Bunu deməklə o R.İbrahimbəyova əslində siyasətdə çox olmağına işarə vurub. Əslində İ.Qəmbərov bu cür yanaşması ilə də ümumi müxalifət liderlərini sanki ələ salırmış kimi mövqe sərgiləyib. Bu isə qondarma "Milli Şura"nın əslində oyuncaq, bir məsxərə ünvanı olduğuna işarədir. Digər tərəfdən müxalifətin Rüstəm İbrahimbəyovu vahid namizəd seçməsi müxalifətin özü üçün biabırçılıqdır. Bir rejissorun arxasınca gedəcəkdinizsə, onda 20 il siyasətdə nə edirdiniz?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB