Miqrasiya Məcəlləsi avqustun 1-də qüvvəyə minəcək

Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirə olunub. SİA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitənin sədri Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsinin qüvvəyə minməsi sentyabrın 1-də nəzərdə tutulurdu: "Məcəllənin bütün sənədləri hazır olduğundan qanun layihəsi avqustun 1-də qüvvəyə minəcək".

Qeyd edək ki, Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə