Milli Məclis məhkəmə hakimlərini təyin etdi

Milli Məclis məhkəmə hakimlərini təyin etdi

Parlamentin iclası davam edir. SİA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında məsələyə baxılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitənin sədri Əli Hüseynli bildirib ki, yuxarı məhkəmə instansiyası hakimlərinin təyinatı ilə bağlı sənədlər Məhkəmə Hüquq Şurasının təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.

Qərara görə Kəmaləddin Bədəlov, İlqar Dəmirov, İlqar Hüseynov, İlqar Xələfov, Gündüz Quliyev Bakı Apellyasiya Məhkəməsinin hakimi, Əhməd Əhmədov Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, Rahib Nəbizadə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Əhməd Nurməmmədov Şirvan Apellyasiya Məhkəməsinin hakimi, Fərman Abbasov Naxçıvan Muxtar Respublikası Babək rayon Məhkəməsinin hakimi təyin edilib.

Qeyd edək ki, 7 nəfər Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə