Masallıda YAP Gənclər Birliyinin “Yay məktəbi”nin açılışı olub FOTOLAR

Masallıda YAP Gənclər Birliyinin “Yay məktəbi”nin açılışı olub FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turu start götürüb. SİA-nın verdiyi məlumata görə, partiya fəalları YAP Mərkəzi Aparatının qarşısından Azərbaycan dövlətinin və partiyanın bayraqları ilə bəzədilmiş avtobusla Masallı rayonuna yollanıblar.

İyulun 1-də "Viləş" hotelində "Yay məktəbi"nin açılışı olub. Çıxış edən YAP-ın məsul əməkdaşı Rafael Gülməmmədov gənclərə uğurlu istirahət və aktivlik arzu edib. O deyib ki, YAP artıq uzun müddətdir ki, bu cür "Yay məktəbləri" təşkil edir: "Burada Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər ünsiyyət qurur, fikir və təcrübə mübadiləsi aparır. Onların mənalı istirahətinin təşkili ilə yanaşı, həmçinin siyasi, iqtisadi, ekoloji və digər istiqamətli bilikləri, bacarıqları formalaşdırılır".

Sonra partiya fəalları Zəkiyyə Musayeva, Lamiyə Cəlilova, Ramil Vəlibəyov, Həlimə Tağıyeva və digərləri "Yay məktəbi"ndə təqdim olunacaq müxtəlif layihələr haqqında məlumat veriblər. Daha sonra komandalar formalaşdırılıb.

Qeyd edək ki, YAP Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"ndə gənclərin seçkiyə hazırlığı, "foundrising" təlim kursu baş tutacaq, dövlət gənclər siyasəti mövzusunda seminar keçiriləcək. Burada respublikamızın müxtəlif bölgələrindən iştirak edən 50 gənc iyul ayının 1-dən 6-dək kreativ və intellektual bacarıqlarını nümayiş etdirəcək, ayrı-ayrı proqram və layihələrin işlənilməsi təcrübəsini mənimsəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə