Millət vəkili: "Minsk qrupu gördüyü işlər barədə cəmiyyəti məlumatlandırmalıdır"
"Azərbaycan ATƏT-in Minsk qrupuna qarşı tələbkarlığı artırmalıdır". SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə ATƏT-in Minsk qrupunun tam tərkibdə çağrılması təklifinə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, Azərbaycan Minsk qrupunun fəaliyyətindən imtina etməklə və yaxud qrupa daxil olan dövlətləri məsələnin həllindən kənarlaşdırmaqla, problemi daha da dərinləşdirə bilər: "Minsk qrupuna daxil olan hər üç dövlətin münaqişənin həllinə təsir etmə imkanları kifayət qədər böyükdür. Təbii ki, Minsk qrupuna Türkiyə, Hollandiya, Böyük Britaniya kimi dövlətlərin qəbul edilməsi münaqişənin həllində böyük rol oynaya bilər. Ümumilikdə isə düşünürəm ki, Minsk qrupu gördüyü işlər barədə mütəmadi olaraq cəmiyyəti məlumatlandırmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB