"Minsk qrupu öz məsuliyyətini dərk etməlidir" MÜNASİBƏT

"Minsk qrupu öz məsuliyyətini dərk etməlidir" MÜNASİBƏT

"ATƏT-in Minsk qrupuna qarşı atılan bu addımı yüksək dəyərləndirirəm. Hesab edirəm ki, Minsk qrupunun üzvləri mütləq bir yerə toplaşmalı və Dağlıq Qarabağ münaqişəsinin həllinə yenidən baxmalıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı ATƏT-in Minsk qrupunun tam tərkibdə çağırılması təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Minsk qrupunun yaranmasının 21 illik tarixi olmasına baxmayaraq, hələ də fəaliyyətsizlik nümayiş etdirir: "Bunu siyasətçi olmamışdan qabaq da müşahidə edirdim. ATƏT-in Minsk qrupu 21 illik fəaliyyətsizliyi barədə hesabat verməlidir. Bu hesabat da vaxtaşırı olmalıdır. Buna görə də quruma qarşı irəli sürülən təklif haqlıdır".

"Qurumun formatının dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında xüsusi rol oynaya bilər. Minsk qrupu öz məsuliyyətini dərk etməlidir. Başqa ölkələrin öhdəliklərinin mütləq şəkildə həyata keçirilməsi üçün tələb etdikləri istəkləri elə özləri üçün də tətbiq etsələr, yaxşı olar. Biz də onlardan bu öhdəlikləri tələb etməliyik",- deyə millət vəkili fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə