Siyavuş Novruzov: “Milli Şura prezident seçkilərinə qədər məhv olacaq”
"Milli Şuranın mərkəzi aparatının rəhbəri Eldar Namazovun Moskvaya səfərindən qeyri adi bir şey gözləməyə ehtiyac yoxdur". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib.
YAP icra katibinin müavini bildirib ki, E.Namazov Moskvada Rüstəm İbrahimbəyov ilə görüşüb, oturub söhbət ediblər: "Rusiyada hər hansı bir ciddi dairə onların fəaliyyətini dəstəkləmir. Rusiya hökuməti və onun ayrı-ayrı strukturları bu gün Azərbaycanla ciddi əməkdaşlıq edirlər. Yəni ola bilər ki, bunlar Rusiyada kimlərləsə görüşüb maliyyə dəstəyi axtarmaq üçün addım atıblar. Lakin ruslar perspektivi olmayan heç nəyə pul xərcləmirlər. Milli Şuraya baxanda, onun perspektivi olmadığını görürlər. Ona görə də, Milli Şuranın üzvləri nə Rusiya, nə də başqa yerə getməklə heç nə əldə edə bilməyəcəklər. İndi deyirlər, guya ABŞ-a gedəcəklər. Qarşıda bir neçə səfər olacaq, lakin onlar sadəcə gedib, gəzib qayıdacaqlar. Həmin səfərlərdə işgüzarlıqdan söhbət gedə bilməz. Bir sözlə, ortada heç bir nəticə olmayacaq".
S.Novruzov həmçinin qeyd edib ki, Milli Şura prezident seçkilərinə qədər məhv olacaq: "Seçki elan olunana qədər artıq onların dağılması prosesi gündəmdə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB