Elçin Mirzəbəyli: “AŞPA bir qurum kimi öz funksiyasını itirmiş sayılır” AÇIQLAMA
"Avropa Şurası Parlament Assambleyası (AŞPA) xeyli müddətdir ki, özünün təməl funksiyaları üzrə fəaliyyət göstərmir. Ümumiyyətlə, ermənipərəst mövqe həm AŞPA-da, həm də digər beynəlxalq təşkilatlarda mövcud olub". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli AŞPA-nın yay sessiyasında Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın deputatların ünvanlarına söylədiyi sərsəm fikirlərə və bu olaya AŞPA rəhbərliyinin göz yummasına münasibət bildirərkən deyib.
Sədr müavininin sözlərinə görə, dini tolerantlıqdan danışan Avropa, Qərb dövlətləri ilk növbədə özləri bu prinsipə əməl etməlidirlər: "Vaxtilə AŞPA-nın həmin tribunasından Serj Sarkisyan da eyni fikirləri səsləndirib. Bundan başqa digər erməni nümayəndələri də mütəmadi olaraq sərsəm çıxışlar ediblər. Bu baxımdan Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın söylədiyi fikirlər yeni deyil. Təbii ki, bunun qarşısı alınmalı və Ermənistan nümayəndə heyətinə qarşı müvafiq sanksiya tətbiq edilməlidir. Amma çox təəssüf olsun ki, bunların heç biri baş vermir. Hesab edirəm ki, bütün bu olaylardan sonra AŞPA bir qurum kimi öz funksiyasını itirmiş sayılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB