Milli Məclisin növbədənkənar sessiyasının iyulun 2-də baş tutacaq son iclasının gündəliyinə 9 məsələ daxil edilib. Bu barədə SİA-ya parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, ilk müzakirə olunacaq məsələlər Azərbaycan Ali Məhkəməsi hakimlərinin təyin edilməsidir. Bunlar Gəncə, Naxçıvan, Şəki, Şirvan, Bakı, Sumqayıt və bir sıra şəhər apelyasiya məhkəmələrinə hakimlərin təyin olunmasıdır.
Digər müzakirə olunacaq məsələ Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı "Hüquqi tənzimləmə haqqında" qanun layihəsidir. Bununla yanaşı, ötən iclasda təxirə salınan "Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında" qanun layihəsi iclasda ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB