Asim Mollazadə: “Azərbaycanın cavabı çox ciddi olacaq” AÇIQLAMA

Asim Mollazadə: “Azərbaycanın cavabı çox ciddi olacaq” AÇIQLAMA

"Düşünürəm ki, Azərbaycan dövləti, xalqı üçün ən önəmli amil, dövlətimizin güclü silahlı qüvvələrə malik olmasıdır". Bunu SİA-ya millət vəkili Asim Mollazadə ötən gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü ilə bağlı "Azadlıq" meydanında təşkil olunan möhtəşəm hərbi parada münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri kimlərəsə qarşı hücum etmək, yenidən müharibənin başladılması üçün yaradılmayıb: "Əsas məqsədimiz güclü dövlət və həmin güclü dövləti müdafiə edə bilən Silahlı Qüvvələrin mövcuduğunu təmin etməkdir. Beləcə, bu Silahlı Qüvvələrin də Azərbaycanın iqtisadi imkanlarına arxalanaraq inkişaf etməsi göz önündədir. Yeni müasir silahlar, Azərbaycanın təlim keçmiş yeni pilotları, zabitləri özü-özlüyündə dövlətimizin və xalqımızın maraqlarını təmin edən amillərdir".

Azərbaycana qarşı olan hər hansı bir təcavüzə və həmin təcavüzdən doğan problemlərin həllinə gəlincə, A.Mollazadə deyib ki, siyasi yollardan, beynəlxalq təşkilatların imkanlarından istifadə edərək münaqişənin həllinə nail olmaq mümkündür: "Amma hamı bilməlidir ki, Azərbaycan dövləti güclənir, onun güclü Silahlı Qüvvələri var və ölkəmizə qarşı hər hansı təcavüzün çox ciddi cavabı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə