"Azərbaycan bayrağının Xankəndində dalğalanması üçün tək yol Dağlıq Qarabağın müstəqilliyinin tanınması və diplomatik münasibətlərin qurulmasıdır". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.
Naziri müavininin sözlərinə görə, Azərbaycan Xankəndində diplomatik nümayəndəliyini açmağa razı olsa, iki ölkənində bayrağı bir-birinin paytaxtında dalğalana bilər: "Azərbaycan bayrağının Qarabağda dalğalandırılması üçün tək yol Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıdır. Bu nə qədər qısa olsa, o qədər yaxşı olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB