Nikolay Bordyuja: KTMT-nin üzvü olmayan ölkəyə silat satışı zamanı Qafqazda paritetin saxlanması prinsipi əsas götürülür
Rusiyanın Azərbaycana silah satması barədə qəbul edilərkən Qafqazda paritetin saxlanması prinsipi nəzərə alınır. Bu barədə Yerevanda jurnalistlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.
Yerevanda "KTMT-nin hərbi tərkibinin formalaşdırılmasının siyasi-təhlükəsizlik istiqamətləri" forumu keçirilir.
Bordyuja bildirib ki, Rusiya dünyada ən iri silah istehsalçısı və tədarükçü ölkələrdən biridir: "Rusiya silah ticarəti ilə məşğul olur və dünyanın onlarla ölkəsinə, o cümlədən KTMT-yə daxil olmayan ölkələrə tədarük edir. Bu, Rusiyanın biznesi, bazarı və iqtisadiyyatıdır".
Onun sözlərinə görə, bununla belə, KTMT-nin üzvü olmayan ölkəyə silat satışı zamanı Qafqazda paritetin saxlanması prinsipi əsas götürülür: "Bu prinsipə sizin (Ermənistanın - red.) qonşunuz olan Azərbaycana silah satılarkən riayət edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB