"Bu qərar 100 minlərlə soydaşımızın hüquqlarının pozulması deməkdir"
Bu gün Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyi"nin "907-ci düzəlişin ləğvinə yönəlik beynəlxalq kampaniyanın dəstəklənməsi" adlı layihənin icrası ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə millət vəkilləri, tanınmış politoloqlar, siyasi partiyaların nümayəndələri, media üzvləri, ATƏT-in Bakı ofisinin əməkdaşları və Amerika səfirliyinin nümayəndələri, milli qəhrəman ailələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinin sədri Azad İsgəndərli layihədə hər kəsin iştirakının vacib olduğunu bildirib: "Bu, bizim dövlət siyasətimiz və milli birliyimizdir. Biz 907-ci düzəlişə qarşı sərt mövqeyimizi ortaya qoymalıyıq".
Daha sonra çıxış edən millət vəkili Çingiz Qənizadə qeyd edib ki, demokratik ənənələri özündə yaşadan bir dövlətin 907-ci düzəlişi qəbul etməsi inanılmazdır: "Bu qərar 100 minlərlə soydaşımızın hüquqlarının pozulması deməkdir. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icra edilməməsi böyük dövlətlərin Azərbaycana qarşı düzgün olmayan siyasətidir".
Tədbirin sonunda Amerika konqresinə və BMT Təhlükəsizlik Şurasına Azərbaycan İctimaiyyəti tərəfindən müraciət qəbul olunub.
Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB