Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniyanın müdafiə nazirinin müavini Endryu Marrisonu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsinin zəruriliyi və bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Nazir qeyd edib ki, Azərbaycan torpaqlarının işğal faktı davam etdikcə regionda sülhün bərqərar olması mümkünsüzdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB