"Milli Şura" kənar qütblərin himayəsindədir SÜBUT

"Milli Şura" kənar qütblərin himayəsindədir SÜBUT

Müxalifət düşərgəsində təmsil olunan müəyyən fiqurlar hər seçki öncəsi özlərinə sığınacaq axtarmağa başlayırlar. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

A.Hüseynov qeyd edib ki, müxalifət öz potensial imkanlarına və elektoratına inamı olsaydı yəqin ki, başqalarının himayəsinə girmək barəsində düşünməzdilər: "Bu il seçki ili olduğunu nəzərə alsaq məhz kənar, bədnam qüvvələr və müxalifətin xarici havadarları onları öz maraqları istiqamətində fəaliyyətə yönəldirlər. Hətta Azərbaycan xalqının milli maraqlarına, mental dəyərlərimizə, konstitusion və fundamental hüquqlarımızı belə qulaq ardına vuraraq ölkəmizdəki stabilliyi pozmaq naminə riyakar müxalifəti dırnaqarası hərəkətə gətirirlər. Təşkilat sədri məhz bu konteksdən "Milli Şura" kimi oyuncaq, qondarma, heç bir milii dəyərləri, vətəndaş mövqeyini özündə ehtiva etməyən bir təşkilatın yaradılaraq ortalığa atılması deyilənləri bir daha təsdiqləmiş olur".

"Milli şura"nın növbəti toplantısının ABŞ-da keçirilməsi ilə bağlı son zamanlar səslənən fikirlərin də bu qondarma təşkilatın əslində Azərbaycanda sabitliyi pozmaq, vətəndaş qarşıdurması yaratmağa hesablandığını söyləyən Siyasi Şura üzvü doğrudan da yaranmış bir təşkilatın milliliyə nə dərəcədə aidiyyatı olması buradan da aydın görünür: "Əgər "Milli Şura" doğrudan da özlüyündə milliliyi ehtiva edirsə, onun ABŞ-da toplantı keçirməsi nə dərəcədə azərbaycançılıq ideyalarına, onların səsləndirdiyi prinisplərlə uzlaşır. Muxalifət məhz bu cür oyunlara getməklə əslində növbəti ambissiyalarının qurbanına çevrildiklərini göstərir. Azərbaycan cəmiyyəti da isə nə "milli şuranı nə də ki onun uzaq Sibirdə olan qondarma siyasətçisini tanımır və qəbul etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə