Əli Əhmədov: “Dünyəvi Azərbaycanlılar Partiyası adlı partiya tanımıram”

Əli Əhmədov: “Dünyəvi Azərbaycanlılar Partiyası adlı partiya tanımıram”

"Dünyəvi Azərbaycanlılar Partiyası və ortada gəzən ayr- ayrı adamlar kimlərdir, heç onları tanımıram". Bunu jurnalistlərə açıqlamasında YAP Sədr müavini-icra katibi Əli Əhmədov Dünyəvi Azərbaycanlılar Partiyasının YAP Sədr müavini Mehriban Əliyevanın prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul etməsinə dair məsələyə münasibət bildirərkən deyib.

YAP Sədr müavininin sözlərinə görə, belə bəyanatlara fikir verməyə ehtiyac yoxdur: "Yeni Azərbaycan Partiyası V qurultayında öz namizədini müəyyənləşdirib. Bu namizəd ölkə başçısı İlham Əliyevdir. Ümid edirəm ki, Azərbaycan seçiciləri prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Bütövlükdə Azərbaycanın uğuru bundan ibarətdir ki, xalqın böyük əksəriyyəti ölkə başçısı İlham Əliyevi dəstəkləyir. Bununla da, seçicilər Azərbaycanın növbəti beş il müddətinə inkişafına öz töhvələrini verirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə