Əli Əhmədov Koreya Milli Assambleyasının üzvü, Yu Ki Cunla görüşüb

Əli Əhmədov Koreya Milli Assambleyasının üzvü, Yu Ki Cunla görüşüb

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərərgahında YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədovla Azərbaycanda səfərdə olan Koreya Respublikasının Senuri Partiyasının təmsilçiləri arasında görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev, koreyalı deputatlar və Cənubi Koreyanın Azərbaycandakı səfiri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov qonaqları salamlayaraq qeyd edib ki, bu səfər iki partiya arasında əməkdaşlığın daha da genişlənməsi üçün böyük töhfə verəcək: "Hələ bir neçə il bundan öncə iki partiya arasında anlaşma memorandumu imzalanıb. Bu memorandum çərçivəsində ikitərəfli əməkdaşlıq davam edir. Ümid edirəm ki, belə görüşlər əlaqələrimizin inkişafına böyük töhfə verəcək. İki partiya arasında əməkdaşlıq, dövlətlərimiz arasında dostluq bu əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır".

Daha sonra çıxış edən Koreya Milli Assambleyasının üzvü, Yu Ki Cun da səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək vurğulayıb ki, iki partiya arasında əlaqələr bundan sonra da inkişaf edəcək.

YAP-ın V Qurultayında İlham Əliyevin namizədliyinin irəli sürülməsini xatırladan qonaq təmsil etdiyi partiyanın bu namizədliyi səmimi qarşıladığını diqqətə çatdırıb: "İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın bundan sonrakı inkişafına zəmin yaradacaq".

Koreyalı qonaq qeyd edib ki, Azərbaycan Xəzər hövzəsində zəngin neft yataqları və bu təbii sərvətin çıxarılmasında böyük təcrübəyə malikdir: "Koreya şirkətlərinin neft çıxarma sahəsində böyük təcrübəsi var. Bu təcrübədən istifadə, iki ölkə üçün də əhəmiyyətli olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə