"Avropa Parlamentinin Azərbaycanla bağlı yaydığı 13 iyun qətnaməsində İlqar Məmmədovun işi ilə əlaqədar bəndin yer alması ölkəmizə qarşı növbəti haqsızlıqdır". SİA-nın məlumatına görə, bunu millət vəkili Sahibə Qafarova AP-nin mövcud qətnaməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın istər xarici ölkələr, istərsə də beynəlxalq təşkilatlarla kifayət qədər effektiv və qarşılıqlı maraqlara söykənən mütərəqqi əhəmiyyətli əlaqələri mövcuddur: "Bu gün Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiqdir və ölkəmizdə demokratik dəyər və normaların, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində çox geniş islahatlar reallaşdırır. Təəssüf ki, bəzən ölkəmizə qarşı qeyri-adekvat, ədalətli olmayan addımlar atılmasının da şahidi oluruq. AP-nin bir neçə gün əvvəl qəbul etdiyi "İlqar Məmmədovun işi" adlandırılan qətnamə də bu qəbildən olan xoşagəlməz hallardandır".
Qətnamənin hüquqi mahiyyət daşımadığını deyən S. Qafarova bildirib ki, bu sənədi Avropa Parlamentinin ümumi mövqeyi kimi qəbul etmək düzgün olmaz: "Çünki bu sənəd qurumun 754 üzvündən yalnız 32 nəfərinin iştirakı ilə qəbul olunub və kağız parçasından başqa bir şey deyil. Bu məsələyə münasibət bildirmək vacibdir. Şübhəsiz ki, Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb olan bu qətnamə hər şeydən əvvəl Avropa Parlamentinin nüfuzuna və üzərinə götürdüyü öhdəliklərə kölgə salır. Belə addımın atılması ölkəmizlə təşkilat arasında münasibətlərin səviyyəsinə uyğun olmadığı kimi, təşkilatın özünün də rəhbər tutduğu kriteriyalara ziddir".
Millət vəkili onu da qeyd edib ki, bu gün Avropa ölkələrində ciddi insan hüquq pozuntuları mövcuddur və hakimiyyət strukturları vətəndaşlara qarşı zorakılıq, diskriminasiya hallarına yol verir: "Reallıq budur ki, Avropa nəzəriyyəsində Azərbaycan torpaqları işğala məruz qalmış, Ermənistan isə işğalçı siyasətini davam etdirən ölkə kimi formalaşıb. Ermənistanda prezident seçkiləri ərəfəsində namizədlərdən birinə qarşı sui-qəsd baş verib. Avropa parlamenti isə "görmürəm", "eşitmirəm" prinsipini rəhbər tutaraq bu hadisəyə münasibət bildirmədi. Bu da ikili standartlar prinsipinin bariz nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB