Hərbi paradda iştirak edəcək şəxsi heyətin təlim məşqləri keçirilib

Hərbi paradda iştirak edəcək şəxsi heyətin təlim məşqləri keçirilib

Bu gün Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümünə həsr olunan hərbi paradın hazırlıq məşqi keçirilib. SİA-nın xəbərinə görə, ilk olaraq paradda iştirak edəcək Silahlı Qüvvələrin hərbi texnikası keçid edib.

Xəbər verdiyimiz kimi saat 18:00 radələrindən başlayaraq hərbi paradda iştirak edəcək şəxsi heyətin təlim məşqləri başlayıb. Onlar təntənəli marşla tribunanın önündən keçiblər.

Hərbi parade hazırlıq məşqi zamanı Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Hərbi Təhsil Müəssisələrinin kursantları, Milli Təhlükəsizik Nazirliyinin Akademiyasının kursantları, Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının şəxsi heyəti, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Sərhəd Qoşunları şəxsi heyəti, Daxili Qoşunlar xüsusi təyinatları, Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadaları, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri, Sülhməramlı Qüvvələr və Hərbi Orkestr keçid edib.

Bütün xəbərlər Facebook səhifəmizdə