“Freedom House” azadlıq evi deyil, təxribatlar evidir"

Cümşüd Nuriyev: “Freedom House” ikiüzlü təşkilatdır”
“Freedom House” azadlıq evi deyil, təxribatlar evidir"

"Freedom House" adlı qurumun ölkəmizə qarşı qərəzli mövqeyi hələ də davam edir. Bu mövqe ona gətirib çıxarır ki, bu təşkilat yenə də Azərbaycanla bağlı hesabatında çox ciddi yalnışlıqlara yol verib. Ölkəmizin bütün sahələrində gedən sürətli inkişafı görmək istəməyən "Freedom House"un Azərbaycana qarşı sərt düşmənçilik mövqeyində dayanması qəbul edilməzdir. Bunu SİA-ya açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev suallarımızı cavablandırarkən deyib.

Politoloq qeyd edib ki, "Freedom House" Azərbaycanla bağlı yaydığı qeyri-real hesabatında insan hüquq və azadlıqları sahəsində, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində əngəllərin olduğu iddia edilir. Eyni tendensiyanı həyata keçirən bu təşkilatın Azərbaycanla bağlı yaydığı hesabatların arxasında həmin təşkilatda çalışan ermənilərin olduğunu söyləmək olarmı?

"Əvvəla qeyd edim ki, "Freedom House" 1941-ci ildə yaranıb və bu günə qədər də yaydıqları hesabatları hansı prinsiplər üzərində hazırladıqlarını həm açıqlamırlar, həm də bu hesabatlarda səmimi ola bilmirlər. Bunların metodologiyası müasir siyasi metodologiyadan çox uzaqdır. Bu təşkilatın hesabatlarındakı məlumatları oxuyarkən şahidi oluruq ki, heç bir əsaslı faktları görünmür. Onların Azərbaycana verdiyi qiymət təmamilə saxtadır. Azərbaycan hakimiyyətinin fəaliyyəti ilə bağlı beynəlxalq qurumların hər hansı bir mənfi rəyi yoxdur. Əksinə, ölkəmizdə olan mövcud sürətli inkişafı hər kəs görür. Bunu beynəlxalq iqtisadi və beynəlxalq siyasi təşkilatlar da etiraf edirlər. Azərbaycana mənfi qiymət vermək mümkün deyil. İlk öncə məlumdur ki, Azərbaycanda 3000-dən çox QHT var. Bu QHT-lər normal səviyyədə öz işlərini aparırlar. Həmçinin, insan hüquq və azadlıları ilə bağlı da ölkəmizdə heç bir problemlər, əngəllər mövcud deyil. Belə hesabatlar yayan "Freedom House" azadlıq evi deyil, təxribatlar evidir. Onları yalnız belə adlandırmaq olar. Azərbaycanın adının ölkəmizdən aşağı səviyyədə olan ölkələrlə eyni siyahıya salınması və ölkəmizin imicinə zərbə vurmaq istənilməsi təbii ki, orada fəaliyyət göstərən ermənilərlə bağlıdır. Burada ermənilərin iştirakı birmənalı şəkildə görsənir. Qeyd edək ki, Ermənistanda prezident seçkisi öncəsi namizəd güllələnir, aclıq aksiyaları keçirilir, orada ciddi qanun pozuntuları olur, lakin beynəlxalq təşkilatlar və "Freedom House" bunu görmək istəmir. Çünki "Freedom House" təşkilatının ianələrini verənlər arasında ermənilərin ABŞ-dakı lobbisi durur. Bu da artıq təsdiqlənib, bunu danmaq mümkün deyil. Onu da deyə bilərəm ki, "Freedom House"un Azərbaycanla bağlı yaydığı hesabatın bir məqsədi də odur ki, bunlar ölkəmizdə keçiriləcək prezident seçkiləri öncəsi Azərbaycana təzyiq göstərsinlər. Azərbaycan Prezidenti Cənab İlham Əliyev siyasi biliklər üzrə, iqtisadi sahə üzrə, beynəlxalq siyasət üzrə və ümumilikdə idarəçilikdə çox peşəkardır. Cənab Prezidentin bu peşəkarlığı Azərbaycanın sürətli inkişafını təmin edir. Lakin "Freedom House" və digər ölkəmizə düşmən olan qurumlar, təşkilatlar isə buna qısqanclıqla yanaşır. Belə hesabatları bir başa dövlətçiliyimizə qarşı hazırlamaqla məşğul olurlar. "Freedom House" ikiüzlü təşkilatdır. Onlar indiyə qədər hesabatlarını yaymayıb saxlamışdılar ki, Cənab Prezident İlham Əliyevin Prezidentliyə namizədliyi üçüncü dəfə irəli sürüləndən sonra hesabatlarını yaysınlar və belə də oldu. Məhz bundan sonra hesabat yaydılar. Bununla onlar heç nəyə nail ola bilməzlər. Onsuzda Azərbaycan yenə də hər zaman olduğu kimi sürətlə inkişafını davam etdirəcək", deyə C.Nuriyev bildirib.

Politoloq deyib ki, dünyanın bir çox ölkələrində çox sayda qanun pozuntuları, insan hüquq və azalıqları barədə xeyli əngəllər mövcuddur. Bəs niyə "Freedom House" bunu görmür, lakin bizim ölkəmiz haqda haqsız olaraq hesabatlar hazırlayırlar. Bəs onda nəyə görə "Freedom House"un bu cür haqsız hesabatlarına qarşı dünyanın bəzi ciddi beynəlxalq təşkilatları öz etirazını və sərt mövqelərini bildirmirlər?

"Bəzi təşkilatlar və bəzi siyasi elmlər doktorları bu hesabatlara qarşı çıxır və bu xarakterli hesabatların doğru olmadığını bildirirlər. Ölkəmizdə və dünyada da bəzi politoloqlar belə hesabatların yalnış olduğunu bildirir və bu hesabatların səmimilikdən, reallıqdan çox uzaq olmasını qeyd edirlər. Bir məsələni qeyd etmək istəyirəm ki, ölkəmizdə bəzi müxalifət partiyaları var ki, onlar Azərbaycanı sevməyən qüvvələrin maraqlarına xidmət etdikləri üçün bu cür hesabatlara mənfi rəy bildirmirlər və belə böhtan hesabatlarla razılaşırlar. Belə insanlar öz şəxsi mənafeyini düşündükləri üçün xalqımızın milli mənafeini fikirləşmirlər və ölkəmizə qarşı düşmən mövqedə dayananlarla eyni cərgədə dayanaraq özləridə ölkəmizə düşmənçilik edirlər", politoloq bildirib.

Həm Müsavat rəhbərliyi, həm də ABŞ-da yaşayan Arif Yunusun qardaşı (Leyla Yunusun erməni qaynı) buna etiraz etdi və hətta Novella Cəfəroğlunun Müsavat partiyasından qovulmasını istədi. Arif Yunus yarımermənidi. Bu insan Azərbaycanın ABŞ-da aşağılanmasına rəhbərlik edən insanlardan biri və birincisidir. Onun qardaşı Ramiz Yunus və qardaşı arvadı Leyla Yunus da bu istiqamətdə fəaliyyət göstərir. Bunların hamısında erməni qanı var. Bu birmənalıdır. Azərbaycana qarşı düşmənçilik edən müxalifət partiyası içərisində AXCP və onun sədri xəyanətkar Əli Kərimli də var. Bu insan xalqa, millətə, dövlətçiliyə qəti şəkildə düşmən kəsilib. Bu insan və ətrafında olan bəzi insanlar istər sosial şəbəkələrdə, istərsə də digər fəaliyyət sahələrində Azərbaycan və dövlətimizə qarşı təhqirlər, tənqidlər yaymaqla məşğul olurlar. Bu isə yalnız dövlətin, millətin milli mənafeini düşünməyən insanlara xas olan əlamətlərdir. Məhz dediyim bu səbəblərdən Müsavat rəhbərliyi də digər ölkəmizə qarşı düşmən olanlarda bu cür obyektiv münasibətə sərt reaksiya verirlər.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə