"Azərbaycana qarşı qərəzin arxasında qısqanclıq dayanır" AÇIQLAMA
Beynəlxalq müstəvidə Azərbaycanın mövqeləri möhkəmlənib. Ölkəmiz regionda söz sahibidir. Təkcə Cənubi Qafqaz regionun iqtisadiyatının 80 faizinə sahib olan bir ölkəyə qarşı kimlərinsə qısqanclıq və qərəzlilik nümayiş etdirməsi sadəcə təəsüf doğura bilər. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, eyni zamanda bu gün dünya birliyinə az qala demokratiya simvolu kimi təqdim olunan ölkələrin çoxunda son həftələr də baş verən olaylara nəzər saldıqda onların pərdə arxası görüntülərindən hər şey bəlli görünür: "Nə "Human Rights" təşkilatı nə də ki, Avropa Parlamenti hazırda dünyadakı münaqişə ocaqlarından, vətəndaş qarşıdurmalarından yana olmadıqlarını nümayiş etdirir. Azərbaycana qarşı isə olduqca qərəzli mövqedə olduqlarını göstərirlər. Təbii ki, bunların arxasında erməni lobbisi və onlaraın təsir dairəsində olan şəxslər dayanır. Cəmiyyətimiz bu beynəlxalq təşkilatların bu cür birtərəfli yanaşmalarına həmişə adekvat reaksiya sərgiləyib və indi də mövqe belədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB