"Azərbaycanda heç kim siyasi baxışına görə həbs olunmur"

"Azərbaycanda heç kim siyasi baxışına görə həbs olunmur"

"Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur". SİA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşdən sonra keçirdiyi brifinqdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Jurnalistin sualını cavablandıran prezident bildirib ki, onun opponentlərindən heç biri həbsdə deyil: "Azərbaycanda siyasi məhbus yoxdur, AŞPA Monitorinq Komitəsinin hesabatını oxusanız, buna əmin ola bilərsiniz. Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir. Azərbaycan demokratik ölkədir. Ölkədə müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərir".

Prezident qeyd edib ki, ölkədə hələlik seçki kampaniyası başlamayıb, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçilər dəvət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə