Baş katib: “Təəssüf ki, diasporlarla çox az işləyirik”

Baş katib: “Təəssüf ki, diasporlarla çox az işləyirik”

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumu türk diasporları birliyi baxımından çox önəmli hadisədir". SİA-nın məlumatına görə, bunu Forumda iştirak edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov deyib.

Baş katib diasporlarla çox az işlədiklərinə görə təəssüf hissi keçirdiyini bildirib: "Türk dövlətləri diaspor təşkilatlarının birgə fəaliyyəti baxımından çox iş görməlidirlər. Əməkdaşlığımızın bəzi örnəkləri var. Məsələn, biz dünyanın müxtəlif ölkələrində Novruz bayramını birgə qeyd edirik. TÜRKSOY da daxil olmaqla onların tanıtım məsələlərində daha effektiv rol oynamaları lazımdır. Bakıda keçirilən forum bu istiqamətdə öz töhfəsini mütləq verəcək. İki gün ərzində burada bir çox dostlarımla danışdım. Onlar da qeyd edirlər ki, türk dövlətlərinin diasporları birgə hərəkət etməli, bir-birlərinə dəstək olmalı, zəngin mədəniyyətimizi dünyaya tanıtmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə