Milli Məclisin bugünkü iclasında Avropa Parlamentinə etirazlar davam edir. SİA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni tənqid edib.
"Bizi nə sayırlar, başa düşmürəm? Ədalətsizliyin əndazəsi yoxdur. Guya bizdə söz azadlığı ilə bağlı hansısa problem var? Bizə göstəriş verirlər ki, jurnalistlər, bloqerlər, fəallar dərhal azad olunmalıdır. Nə ixtiyarları var belə göstəriş verməyə? İlqar Məmmədovun mərifətinə bələdik",- deyən H. Rəcəbli bildirib ki, o, iki dəfə Milli Məclis barəsində tərbiyəsiz sözlər işlətmişdi: "Oqtay müəllim, o vaxt biz deputatlar ərizə yazıb onu tutdurmaq istəyirdik, siz qoymadınız. Dediniz yazıqdır, toxunmayın. İndi gördünüz bu yazıq deyil? Onun tərbiyəsi elə o vaxtdan məlum olmuşdu".
Spiker O.Əsədov isə deputata düzəliş verib: "Hadı müəllim, tutdurmaq deməyin, məhkəməyə vermək deyin".
H.Rəcəbli isə davam edərək İ.Məmmədovu xarici kəşfiyyata işləməkdə ittiham edib və Avropa Parlamentinin nə haqda qətnamə çıxardığını anlamadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB