Musa Quliyev: “Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil” MÜNASİBƏT

Musa Quliyev: “Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil” MÜNASİBƏT

"Avropa Parlamentinin qətnaməsi əsassız , qərəzli və hüququ cəhətdən qanunsuzdur. Sənəd İlqar Məmmədovla bağlı olsa da, orada tamamilə başqa qərəzli məsələlər var". SİA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında çıxışı zamanı millət vəkili Musa Quliyev deyib.

"Qətnamədə qeyd olunur ki, İlqar Məmmədov dərhal buraxılmalıdır. Əslində İsmayıllıda hadisə baş verib və bununla bağlı adamlar saxlanılıb, onlardan biri də İlqar Məmmədovdur. Onun nə partiyası var, nə də hər hansı siyasi qurumda təmsil olunur. Qaldı ki, onun prezidentliyə namizəd olması ilə bağlı deyilənlərə, bu da əsasız məsələdir. Ona qalsa, Azərbaycanın hər bir vətəndaşı ürəyində prezidentliyə namizəd ola bilər",- deyə o fikirlərinə əlavə edib.

Millət vəkilinin sözlərinə görə, bu qətnamə əsassızdır: "Orada qeyd edilir ki, siyasi səbəblərə və jurnalist fəaliyyətinə görə həbs olunanlar dərhal azad olunmalıdır. Azərbaycanda heç kim siyasi və ya jurnalist fəaliyyətinə görə həbs olunmayıb. Həbs olunanlar konkret cinayət əməlinə görə həbs olunub. Bundan başqa, Bakının mərkəzində kütləvi aksiyaların keçirilməsini tələb etmək absurddur. Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalnız Azərbaycana təzyiq vasitəsidir. Amma onlar düşünməlidir ki, Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə