"Milli Şura" ideyası ölü doğulmuş uşaqdır və heç vaxt ayaq tutub yeriməyəcək". Bunu SİA-ya açıqlamasında Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.
Partiya sədrinin sözlərinə görə, Milli Şuraya daxil olan insanlar özlərinə "milli demokratlar" desələr də, bir-birilə uzlaşmayan adamlardır: "Onların əksəriyyəti vaxtilə Xalq Cəbhəsinin rəhbərliyində olub və hazırda bir arada olmalarının səbəbi şəxsi ambisiyalarıdır. Əgər bir yerdə toplaşmaq istəyirlərsə, əvvəl xalq cəbhəsində toplaşmışdılar və orada da qalmalı idilər. Onlar ideoloji fikir ayrılığına görə yox, məhz ambisiyaları ağıllarından üstün olduğuna görə ayrılmışdılar".
A.Əlizadə bildirib ki, mətbuatda gülünc bir ideya səsləndi: "Milyarderlərlər İttifaqı dövlət çevrilişi etmək üçün yaranıb. İttifaqda elə insanlar var ki, prezident İlham Əliyevə çox yaxındırlar. Buna misal olaraq Araz Ağalarov və Vahid Ələkbərovu göstərmək olar. Ona görə də bu ideya düzgün deyil. Rusiyanın Azərbaycanla, eləcə də Vladimir Putinin prezident İlham Əliyevlə çox yaxın münasibətləri var. Odur ki, bu ideya məntiqdən uzaqdır. Qərb demokratları ruhlandırmaqda və onların azacıq dirçəlməsində rol oynayıb. Mən müxalifət nümayəndəsiyəm. Daxili siyasətə qarışmıram, ancaq xarici siyasəti dəstəkləyirəm. Cənab İlham Əliyevin apardığı xarici siyasət bir daha sübut edir ki, Azərbaycan artıq böyük qardaş axtarmır, özünə bərabər hüquqlu dost axtarır. Bu da Qərbdə bir çoxlarının xoşuna gəlmir. Milli Şurada oturanlar siyasi cəhətdən savadsız deyillər və vurulmuş kart olduqlarını bilirlər. Böyük təm-təraqla El hərəkatı yaratdılar və onun lideri Eldar Namazov bildirdi ki, bu kreativ bir təşkilat olacaq. Biz gördük ki, kreativ təşkilatda təmsil olunanlar vəzifədən getmiş insanlardır. Əgər 10-15 il qabaq Azərbaycana heç nə verməyiblərsə, sabah da Azərbaycana heç nə verməyəcəklər".
ASDP sədri Rüstəm İbrahimbəyovun şansından da danışıb: "Rüstəm İbrahimbəyovu gözəl dramaturq, rejssor kimi tanıyıram. 1996-cı ildə Rusiyada prezident seçkiləri keçiriləndə Rüstəm İbrahimbəyovla söhbət etdik və dedi ki, mən siyasətçi deyiləm və siyasətlə məşğul olmaq istəmirəm. Rüstəm İbrahimbəyov hal-hazırda özünü incik sayır və buna görə də siyasətə qoşulub. Onu siyasətə qoşanlar da var. Bunlar o insanlardır ki, onların respublikada nüfuzu yoxdur. Onlar unudulublar. Onlara nüfuzlu bir şəxs lazım idi ki, onun ətrafında birləşsinlər. Belə şəxsi Rüstəm İbrahimbəyovun simasında tapdılar. Mən çox heyfslənirəm ki, Rüstəm İbrahimbəyov xalq arasında qazandığı çox böyük hörməti ucuzuna xərcləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB