Baş nazirin müavini: "Dağlıq Qarabağ münaqişəsi dünya üçün fəlakətdir"
"Artıq Ermənistan, onu müdafiə edən ölkələr və beynəlxalq təşkilatlarda belə bir fikir formalaşıb ki, Dağlıq Qarabağ probleminin həllinə nail olmaq lazımdır". SİA-nın xəbərinə görə, bunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dünyanın böyük 8 ölkəsinin rəhbərləri qlobal problemləri müzakirə edərkən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirirsə, bu, problemin dünyəvi əhəmiyyət daşıdığının göstəricisidir: "Dünya ölkələri, xüsusilə həmsədr ölkələrin rəhbərləri artıq dərk edirlər ki, problemin həlli tapılmasa, bu, dünyəvi fəlakətə çevrilə bilər".
Baş nazirin müavini Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin narko ticarətlə məşğul olması məsələsinə də aydınlıq gətirib: "Azərbaycanın işğal olunmuş ərzilərində narkotika əkilib, satılır. İşğal olunmuş ərazilər əfqan narkotikinin beynəlxalq tranzit marşurutuna çevrilib. Orada formalaşdırılan terror qruplar dünyanın müxtəlif konflikt zonalarına göndərilir. Beləliklə, müəyyən vəsait qazanırlar. Bu yaxınlarda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları keçirilən əməliyyat nəticəsində narkotikləri daşıyan bir neçə şəxsi saxlayıblar. Onlar bunun işğal olunmuş ərazilərdə əkilən narkotik olduğunu etiraf ediblər. 1998-ci ildən Azərbaycan Preziden
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB