Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədovun sədrliyi ilə YAP Qaradağ rayon təşkilatında ərazi ilk təşkilat sədrləri ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov iştirak ediblər.
Əvvəlcə qonaqlar Lökbatan qəsəbəsində Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edərək önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Sonra tədbir rayondakı Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə çıxış edən YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, YAP-ın V qurultayında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi Azərbaycan cəmiyyətinin ümumi rəyinin ifadəsi idi: "Bu kimi görüşlərin keçirilməsində əsas məqsəd ölkəmizdə qarşıdan gələn prezident seçkilərində YAP ərazi ilk təşkilatlarını bu işə səfərbər etməkdən ibarətdir. YAP-ın şaxələnmiş rayon təşkilatları mövcuddur və ümumilikdə seçki hərəkətləri rayon təşkilatları vasitəsilə reallaşır. Prezident İlham Əliyevin rəhbərliyi altında ötən 10 il ərzində görülən işlər cəmiyyət tərəfindən yüksək səviyyədə qiymətləndirilir. Biz həmin dövrlə indiki Azərbaycanı müqayisə etsək, nə qədər böyük dəyişikliklərin baş verdiyinin şahidi olarıq. Ölkə iqtisadiyyatı 3 dəfə artıb, insanların həyat şəraiti yaxşılaşıb, eləcə də modernləşmə siyasəti həyata keçirilib. Ölkənin hər yerində müasirləşmə hiss olunur, şəhər və kəndlərin siması dəyişir".
Daha sonra tədbir medianın iştirakı olmadan davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB