Asəf Hacıyev: “Bunların istəyi yalnız Azərbaycana təzyiq göstərməkdir” MÜNASİBƏT
"Hesab edirəm ki, bunlara qarşı heç bir mübarizə metodu seçmək lazım deyil. Sadəcə olaraq, bu təşkilata sual verilməlidir ki, həmin qərarlar haqqında hesabat hazırlanarkən ölçü vahidi nədən ibarət olub?". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) xarici əlaqələr şöbəsinin müdiri, millət vəkili Aəsf Hacıyev "Freedom House"un Azərbaycanın vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilən "Keçid dövrü ölkələri-2013" adlı hesabatına münasibət bildirərkən söyləyib.
Asəf Hacıyev fikirlərini dünyada mövcud olan prinsiplərlə əsaslandırıb: "Dünyada belə bir prinsip var ki, inkişaf olan yerdə demokratiya, demokratiya olan yerdə isə inkişaf olur. Bəs, gəlin görək demokratiya nə üçün lazımdır? Demokratiya insanların hüquq və azadlıqlarının tapdanmaması, ölkənin inkişafı üçün zəruri amildir. Məlumdur ki, bu gün hər şey iqtisadiyyatın üzərində qurulub. Mənim bu kimi təşkilatlara sualım var. Əgər onların nümayəndələri Azərbaycana gəlir, ölkəmizdə inkişafı görürlərsə, o zaman onlar fikirlərini əsaslandırmaq üçün hansı amillərə söykənirlər? Onlar istəyi, yalnız Azərbaycana təzyiq göstərməkdir. Həmin təzyiqin də arxasında korporativ şəxsi maraqlar dayanır. Bu gün Azərbaycanda ölkə prezidenti İlham Əliyev tərəfindən müstəqil siyasət aparılır. Təbii ki, bu siyasət ölkə xalqının firəvan həyatına, iqtisadiyyatın inkişafına hesablanıb. Azərbaycanda İnformasiya texnologiyaları sahəsində də xeyli inkişaf vardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB