Musa Urud: “Fəaliyyətimizi “Freedom House”un hazırladığı hesabatlarla qura bilmərik”
""Freedom House" kimi təşkilatların Azərbaycanla bağlı hazırladığı hesabatlara əsaslanaraq öz fəaliyyətimizi qura bilmərik". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Urud "Freedom House" təşkilatının Azərbaycanın vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilən "Keçid dövrü ölkələri-2013" adlı hesabatına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, xüsusi məqsədlər üçün yaradılan bu kimi təşkilatlar müəyyən qüvvələrin maraqlarını təmin etmək üçün ölkə ictimaiyyətinə təzyiq vasitəsi kimi belə qeyri-dəqiq və qeyri-real, ədalət prinsiplərindən kənar hesabatlar yayırlar: "Belə hesabatlar seçki ilində tez-tez hazırlanacacaq. Amma özümüz özümüzü hamıdan yaxşı tanıyırıq. Biz bilirik ki, Azərbaycanda inkişaf, demokratikləşmə, əhalinin sosial rifahı və vətəndaş cəmiyyəti quruculuğu hansı səviyyədədir. Azərbaycandakı vəziyyət ölkə ictimaiyyətini tam qane edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB