"Bakuvi" saytının təqdimatı keçirilib FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Seyid Yəhya Şirvani (Bakuvi) saytının təqdimatı olub. SİA-nın məlumatına görə, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu" İB-nin sədri Qənirə Paşayeva 2013-cü ilin YUNESKO tərəfindən Seyid Yəhya Şirvani (Bakuvi) ili elan etməsini çox təqdirəlayiq hadisə adlandırıb və bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük əməyi olduğunu vurğulayıb.

Bundan əvvəl mədəniyyətimizin bir parçası olan Seyid Yəhya Şirvaninin tanıdılması üçün onun "Şəfa əl Əsrar" kitabının nəşr olunduğunu və təqdimatının keçirildiyini vurğulayan Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB olaraq bu kitabın nəşrinə dəstək göstərməkdən təşkilatın böyük məmnuniyyət duyduğunu deyərək, hər kəsi, xüsusilə gəncləri bu kitabı oxumağa çağırıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB-nin sədri Qənirə Paşayeva saytın imkanlarının kitabdan daha çox olduğunu və bu böyük şəxsiyyətin daha geniş təbliğ olunması məqsədilə www.seyidyahyashirvani.az yaradıldığını bildirib və vurğulayıb ki, təkcə Azərbaycan vətəndaşları deyil, dünyanın hər yerində yaşayan soydaşlarımız və türk kökənli insanlar bu saytdan geniş yararlana bilərlər.

Saytın yaxın zamanlarda rus və ingis versiyalarının hazırlanacağını da deyən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu" İB-nin sədri Qənirə Paşayeva Bakının təsəvvüf tarixində xüsusi yer və rol oynadığını deyib və gənclərimizi bu tarixi daha geniş öyrənməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə